Antonio Quterreş qlobal әrzaq qıtlığı barәdә xәbәrdarlıq edib

Antonio Quterreş qlobal әrzaq qıtlığı barәdә xәbәrdarlıq edib

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş qlobal ərzaq qıtlığı barədə xəbərdarlıq edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş milyonların ölümünə səbəb olan ərzaq qıtlığının başlıca səbəbləri kimi iqlim dəyişikliyi və koronavirus pandemiyasını göstərərək Ukraynadakı müharibəni də bura şamil edib.

O, həmçinin 2022-ci ildə çoxsaylı aclıqların elan olunacağını və 2023-cü ilin daha pis ola biləcəyini bildirib.

Antonio Quterreş deyib: “Heç bir ölkə belə bir fəlakətin sosial və iqtisadi nəticələrindən sığortalanmayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə