G7-dən Rusiyaya qarşı daha sərt sanksiyalar gözlənilir

G7-nin bu gün Almaniyada keçiriləcək sammitdə Rusiyadan qızıl idxalına qadağa qoyacağını elan etməyi planlaşdırır

ABŞ prezidenti Cozef Bayden, eləcə də G7-nin digər liderləri Rusiya qızılına embarqo qoymağa razılaşıblar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” danışıqlara yaxın şəxslərə istinadən məlumat yayıb.

Beləliklə, G7-nin bazar günü Almaniyada keçiriləcək sammitdə Rusiyadan qızıl idxalına qadağa qoyacağını elan etməyi planlaşdırır.

Qeyd edək ki, qadağa ilk dəfə Rusiyadan G7 ölkələrinə ixrac edilən qızıla şamil olunacaq. ABŞ-da embarqo, agentliyin çərşənbə axşamı yaymağı planlaşdırdığı ABŞ Maliyyə Nazirliyinin qərarını qüvvəyə mindirəcək.

Qərbin Rusiyaya qarşı sanksiyaları Avropa və ABŞ bazarlarını böyük ölçüdə Rusiya qızılı üçün bağlasa da, G7-nin qadağası Rusiya ilə dünyanın iki aparıcı ticarət mərkəzi olan London və Nyu York arasında tam qırılma demək olardı.

Bu arada dünya qızıl istehsalının 10 faizini təşkil edən Rusiya G-7-yə daxil olmayan Çin və Yaxın Şərqə daha çox ixrac etmək kimi yeni marketinq variantları axtardığı məlum olub.

Beləliklə, gəlin Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketinə diqqət çəkəyin.

…4 may 2022-ci il tarixində Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketini, o cümlədən neft embarqosu və “Sberbank”ın SWIFT-dən ayrılmasını təqdim etdi.

…Bu arada Macarıstan Rusiya neftinin tədarükünə qadağa qoyulmasının əleyhinə çıxdı.

…Mayın 29-da Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə Rusiya neftinin dəniz yolu ilə idxalından imtina etməyi, eyni zamanda onun “Drujba” kəməri ilə idxalına qoyulan məhdudiyyətləri təxirə salmağı təklif edir. Daha sonra Avropa İttifaqı Rusiya neftinə qismən embarqoya razılaşdırdı.

…Rusiya neftinin Avropa İttifaqına ixracını qadağan edən saziş Rusiyadan neft idxalının 2/3-dən çoxunu əhatə edir və bu, onun hərbi maşını üçün əhəmiyyətli maliyyə mənbəyini azaldır. Bundan əlavə, Avropa sanksiyalarının yeni paketinə Rusiyanın “Sberbank”ının SWIFT beynəlxalq banklararası sistemindən kəsilməsi, Rusiyanın daha üç dövlət yayımçısının Avropa İttifaqına yayımının dayandırılması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi daxildir.

…1 iyun 2022-ci ildə Fransa prezidenti Emmanuel Makron 2022-ci ilin sonuna qədər Avropa İttifaqının Rusiya neftinin idxalını 92 faiz azaldacağını açıqlayır. O, həmçinin Rusiyadan Avropa İttifaqına qaz nəqlinə embarqonun qoyulacağını da istisna etmir.

…İyunun 2-də iqtisadi analitik Mixail Krutixin Rusiyada neft emalı zavodlarının bağlanması ilə bağlı söhbətlərin getdiyini açıqlayır. Həmin gün ABŞ prezidenti Cozef Bayden ABŞ və Avropa İttifaqının Rusiya neftini bazar qiymətlərindən aşağı qiymətə almaq imkanını müzakirə etdiyini bildirirş

…İyunun 3-də Avropa İttifaqı nəhayət ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyir.

Amma, sən demə, bu da kifayət deyilmiş?

Verilən məlumatlara görə, G7 liderləri növbəti, iyunun 25-də başlayacaq sammitində Rusiyaya qarşı daha sərt sanksiyalar müzakirə ediləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə