Banqladeşdә daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 73 nәfәrә çatıb

Banqladeşdә leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә hәyatını itirәnlәrin sayı 73 nәfәrә çatıb. Daşqınlar nәticәsindә daha beş nәfәrin öldüyü bildirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, daşqınlar Sylhet bölgәsindә ciddi fәsadlara sәbәb olub. Sylhet bölgәsinin rәsmisi Md. Mojibur Rәhman bölgәyә humanitar yardımın çatdırıldığını qeyd edib.

Daha әvvәl verilәn mәlumatda daşqınlar zamanı ölkәnin Sylhet bölgәsindә 46, Mymensingh bölgәsindә 18, şimali Rangpur bölgәsindә isә 4 nәfәrin öldüyü açıqlanmışdı.

Sözügedәn bölgәlәrdә son 3 gün davam edәn daşqınlar nәticәsindә dörd mindәn çox adam xәstәlәndiyi bildirilmişdi. Daşqınlar sәbәbindәn humanitar böhranın yaşandığı vurğulanmışdı.

Sylhet bölgәsindәki әkin sahәlәrinin sular altında qaldığı bildiriib.

Bütün xəbərlər Facebook səhifəmizdə