Yunanıstan Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb

Yunanıstanın Rusiyadakı viza mərkəzi Rusiya vətəndaşlarından viza üçün sənəd qəbulunu müvəqqəti dayandırıb. SİA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatında deyilir.

Viza mərkəzində bunun sistemin yenilənməsi ilə əlaqəli texniki səbəblərdən qaynaqlandığı bildirilsə də, sənəd qəbulunun nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.

Bundan başqa, 2022-ci il iyunun 27-dən etibarən Yunanıstanın Moskva, Novorossiysk və Sankt-Peterburq şəhərlərindəki konsulluqlarının fəaliyyətinin dayandırılacağı bildirilir. Viza mərkəzləri isə vətəndaşlara məsləhət xidmətləri göstərməkdə və turistlərə pasportlar verməkdə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...