Rusiyanın Belarusu münaqişəyə qatmaq cəhdi...

Kreml Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Mazırda yaşayış binalarını partlatmağı planlaşdırır?

"..Belarus rəhbəri Aleksandr Lukaşenko sona qədər Ukraynaya qarşı müharibədən qaçmaq üçün əlindən gələni edəcək”.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç deyib.

Onun sözlərinə görə, Belarus müharibəyə girərsə, münaqişənin ciddi şəkildə kəskinləşməsi və onun coğrafiyasının genişlənməsi baş verəcək. Aretoviç belə olan halda Litva və Polşanın da bu münaqişədən kənarda qala bilməyəcəyini istisna etmir.

Müşavirə görə, bu gün Belarusun açıq-aşkar məğlub olan düşmənin, yəni rusların tərəfində müharibəyə girməsi bu dövlətin dövlət kimi taleyini adi tükdən asılı edə bilər.

Ona görə də Aretoviç Minskin axıra kimi “bitərəf” qalacağına əmin olmaq istəyir. Çünki, əgər Belarus Rusiya Federasiyasının genişmiqyaslı işğala başlayanda, yəni vəziyyətin ruslar üçün daha yaxşı göründüyü zaman müharibəyə girməyibsə, deməli bundan sonra da girməyə “cəsarət” etməyəcək. Bundan əlavə, bu gün Belarus rəhbəri bütün dünyanın artıq Putindən “imtina edib”, ona arxa çevirdiyini yaxşı görür.

Məhz buna görə də, Arestoviç belə hesab edir ki, əgər sabah Kreml rəhbəri Vladimir Putin Lukaşenkoya ultimatum verib onu müharibəyə çəksə belə, buna nail ola bilməyəcək. Bundan əlavə, Putinin Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi də kifayət qədər çətin olacaq. Çünki Belarus rəhbərinin xüsusi xidmət orqanları ona, yəni Lukaşenkoya çox sadiqdirlər.

Xatırladaq ki, ötən ay, mayın 10-da Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı qəflətən “Belarus sərhədləri yaxınlığında Qərb ölkələrinin hərbi kontingentinin yığılması” ilə əlaqədar sərhədyanı rayonlarda qoşun qruplaşmasının gücləndirilməsini elan etmişdi. Qeyd edək ki, bu Belarus xüsusi təyinatlılarının total şəkildə Ukrayna ilə sərhədə yerləşdirilməsinin ilk nümunəsi idi.

Onu da qeyd edək ki, hələ fevralın 24-dən bəri Belarus qoşunlarının Rusiya ordusunun Ukraynaya müdaxiləsinə qoşula biləcəkləri barədə davamlı xəbərlər dolaşmaqdaydı. Amma bu hal hələ ki, baş verməyib.

Və təəccüblü hallardan biri də, Lukaşenkonin mayın 5-də “döyüşlərin bu qədər uzanması ilə bağlı” verdiyi açıqlama oldu. Əslində, bu özünə güvənən Rusiya rəhbəri və ordusunun tezliklə qələbə əldə edəcəyi barədə söylədiklərinə Belarus rəhbərində yaranan şübhə idi.

...Bu arada Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, Kreml Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Mazırda yaşayış binalarını partlatmağı planlaşdırır. Deyilənlərə görə, bunun üçün artıq mülki şəxslər adı altında Mozır şəhərinə təxribat qrupları da gətirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə