Barda atışma olub... iki nəfər ölüb

İyunun 25-nə keçən gecə Norveçin paytaxtının mərkəzində yerləşən “London Pub” gey-barında atışma zamanı iki nəfər ölüb, daha bir neçə nəfər ağır yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Oslo polisi məlumat yayıb.

Qeyd edək ki, naməlum şəxsin bara gələnlərə atəş açması təşviş yaradıb.

“Atışma zamanı iki nəfərin öldüyü təsdiqlənib. Bir neçə ağır yaralı var”-deyə polisin “Twitter”dəki paylaşımında deyilir.

Polis həmçinin cinayət törətməkdə şübhəli bilinən şəxsin həbs olunduğunu da bildirib. Atışmanın səbəbləri hələlik məlum deyil. Hadisə yerində təcili tibbi yardım xidmətləri çalışır.

Norveçin “BNN” xəbər departamentinin nümayəndələri Oslo sakinlərinə müraciət edərək, təcili yardım maşınları üçün kluba keçidi təmizləməyi xahiş ediblər.

Qeyd edək ki, bundan əvvəl, iyunun 21-də İspaniyalı aristokrat Fernando Qonzales de Kastexon Madridin mərkəzində iki qadını güllələyərək öldürmüş, sonra isə özü də intihar etmişdi.

Bundan əvvəl kişi dəfələrlə ailə üzvlərinə qarşı pis rəftarda ittiham olunmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...