400-dən çox immiqrant Mərakeş sərhəddini keçib

400-dən çox immiqrant Mərakeş sərhədini keçərək İspaniyanın Şimali Afrikadakı ərazisi olan Melilla şəhərinə keçməyə cəhd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mühacir qrupu yerli vaxtla 08:40-da sərhəddəki hasara axın edib və ən azı 130 immiqrantın sərhədi keçib.

Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən afrikalı immiqrantlar tez-tez Melilla və Seutadan istifadə edirlər. Digər tərəfdən, keçən il mayın 17-nə keçən gecə İspaniyanın Şimali Afrikadakı digər ərazisi Seuta (Sebte) şəhərinə təxminən 5 min Mərakeşli mühacir qeyri-qanuni yollarla daxil olub. İspaniyanın daxili işlər naziri Fernando Grande-Marlaska 6500-dən çox insanın geri göndərildiyini açıqlayıb. İspaniya hakimiyyəti Mərakeş təhlükəsizlik qüvvələrini günahlandırsa da, sözügedən vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə