Ukrayna və Moldova Aİ üzvlüyünə namizəd oldular

Avropa İttifaqının dövlət və hökumət başçıları cümə axşamı Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel “Tvitter” hesabında məlumat verib. SİA bu barədə rus saytlarına istinad edir.

"Razılıq əldə olunub. Avropa Şurası indicə Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd statusunun verilməsi barədə qərar qəbul edib", - o yazıb.

Lüksemburqun baş naziri də “Twitter”də Ukrayna və Moldova ilə bağlı müsbət qərarını açıqlayıb.

Namizəd ölkələr Avropa Komissiyasının müəyyən etdiyi şərtləri yerinə yetirdikdən sonra Avropa Şurası növbəti addımlar atacaq.

Bundan əvvəl Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd statusunun verilməsini tövsiyə edib, Gürcüstana isə hələlik şərtləri yerinə yetirməyi tövsiyə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...