Təyyarə qəzasında ölənlərin sayı 4 nəfərə çatıb

Gərək ki, bir müddət bundan əvvəl Rusiyadakı təyyarə qəzası barədə məlumat vermişdik. Amma qəzanın təfərrüatları barədə məlumat sonradan məlum olub.

Beləliklə, Ryazanda “İl-762 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın fövqəladə hallar xidməti verdiyi açıqlamada bildirib.

Daha əvvəl təbii fəlakətin üç qurbanı barədə məlumat verilmişdi. Verilən məlumata görə, təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb.

Qəza nəticəsində dörd nəfər ölüb, beşi isə xəstəxanaya yerləşdirilib.

Təyyarə Belqorod-Orenburq marşrutu ilə uçurmuş. Ryazandakı "Dyagilevo" aviabazasında yanacaq doldurmaq üçün eniş edibmiş.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...