"Mariupol epidemioloji fəlakətin astanasındadır"

Ukraynanın Mariupol şəhərində 22 min insan müharibənin qurbanı olub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vadim Boyçenko məlumat verib. O, dağıntıların həcmini nəzərə alaraq real rəqəmin daha yüksək ola biləcəyini diqqətə çatdırıb. Boyçenko Mariupolun infrastrukturunun 90%-nin məhv olduğunu vurğulayıb.

O, hazırda şəhərdə 100 mindən çox sakinin susuz və işıqsız qaldığını bildirib. Merin sözlərinə görə, Mariupol epidemioloji fəlakət astanasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...