Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev öz siyasətinə haqq qazandırmaq üçün tez-tez yalanlara əl atdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” portalı Belarus Milli Dövlət Televiziya və Radio Şirkətinə istinadən xəbər verir.
Beləliklə Labrovun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə Ukrayna qoşunlarının Donbassın mərkəzini və digər yaşayış məntəqələrini atəşə tutması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib. Nazirə görə, hətta Qərb mediası belə Zelenskinin atışmalara görə məsuliyyəti yalnız Rusiya Silahlı Qüvvələrinin üzərinə atmağa çalışdığını etiraf edib.
…Həmin gün amerikalı polkovnik-leytenant Daniel Devis Donbassda Ukrayna ordusunun məğlubiyyətə uğradığını bildirmişdi. Onun fikrincə, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin öz mövqelərini yaxşılaşdıra biləcəyinə ümid etməməlidirlər, çünki bunun üçün rasional əsaslar yoxdur.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu yaxınlarda bildirib ki, Kiyevdəki mövcud rejim “cinayətkar fəaliyyətlərini” dayandırmaq fikrində deyil. O, iddia edir ki, Ukrayna hakimiyyətinin Qərb kuratorları hələ də onların “millətçi və misantropik mahiyyətini” görmürlər.
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, Qərb ölkələri silah tədarükünü dayandırarsa, Ukrayna hökuməti “bir günə dağılacaq”.
Maraqlıdır, belə olan halda, görən “humanizm tərəfdarı olan” Rusiyanın məqsədi nədir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB