Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Əfqanıstana ərzaq yardımı çatdırıb

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Əfqanıstana ərzaq yardımı çatdırıb

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Əfqanıstanın Paktika əyalətində iyunun 22-də baş verən 5,9 bal gücündə zəlzələdən zərər çəkən 500 ailəyə ərzaq məhsulları göndərib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Qırmızı Aypara Cəmiyyətindən verilən açıqlamada qurumun bölgədəki nümayəndə heyətinin tərkibindəki qrupların zəlzələdən zərər çəkənlərin ehtiyacları üçün səfərbər edildiyi bildirilib.

Açıqlamada Türkiyvnin Qırmızı Aypara Cəmiyyətinin Əfqanıstan Nümayəndəliyində olan qrupların zəlzələ bölgəsindəki 500 ailəyə ərzaq məhsulları olan bağlamalar göndərdiyi, zəlzələ bölgəsinə çatdıqdan sonra yardım paylamağa başlayacaq qrupların da bölgədə ehtiyacı olanlarla bağlı hərtərəfli tədbirlər həyata keçirəcəkləri qeyd edilib.

Açıqlamada zəlzələdən zərər çəkənlərə ərzaq və qeyri-ərzaq yardım materiallarının daşınması və təcili humanitar yardım fəaliyyətlərinin davam etdiriləcəyi qeyd edilib.

Qeyd edqeyri-ərzaqk ki, Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələdə minlərlə insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə