Ispaniyanın “Mango” brendi Rusiyadakı mağazalarını françayzi tərəfdaşlarına keçirəcək,
SİA-nın əldə etdiyi məlumata görə, “İzvestiya” nəşri bunu “Eterna”nın baş direktoru Dmitri Tomilinə istinadən yazıb.
“Manqo indi Rusiyaya malların çatdırılması ilə bağlı riskləri daşımaq istəmir. Ona görə də sahib olduğu bütün mağazaları müəyyən şərtlərlə mövcud tərəfdaşlarına keçirəcək”, - deyən iş adamı əlavə edib ki, brendin Rusiyada 55 şəxsi və 65 françayzinq mağazası mövcuddur.
“Mango çox az müddətdir ki, Rusiya bazarında müstəqil şirkət kimi fəaliyyət göstərir. Onların Rusiyada müstəqil şəkildə mağazalar açan iki françayzi var, ona görə də bu sxem onlar üçün yeni deyil”.
Qeyd edək ki, bunu isə "Smart Estate Moscow"un baş direktoru Mixail Petrov deyib. O, bununla yanaşı, “Inditex” və “H&M”-nin heç vaxt belə bir sxemlə işləmədiyini də etiraf etməli olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB