ABŞ-dan Ukraynaya 450 milyon dollarlıq yeni hərbi yardım tranşı

ABŞ-dan Ukraynaya 450 milyon dollarlıq yeni hərbi yardım tranşı

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya 450 milyon dollar həcmində daha bir hərbi yardım tranşı ayırığını bildirib. Rus saytlarının yazdığına görə, hərbi yardım tranşına HİMARS, artilleriya mərmiləri və patrul katerləri və s. daxildir.

“Bu paketdə silah və avadanlıqlar, o cümlədən yeni HIMARS, artilleriya sistemləri üçün artıq təmin edilmiş on minlərlə mərmi və Ukraynaya sahillərini və su yollarını qorumaq üçün patrul qayıqları var”.

Qeyd edək ki, bunu hərbi yardım tranşı ilə bağlı danışan Kirbi bildirib.

O, həmçinin Vaşinqtonun fevralın 24-dən Kiyevə verdiyi hərbi yardımın ümumi məbləğinin indiyədək təqribən 6,1 milyard dollar, Cozef Baydenin prezidentliyinə başlayandan isə ümumilikdə 6,8 milyard dollar təşkil etdiyini bildirib.

Bundan əvvəl Amerikanın HIMARS raket sistemlərinin Ukraynaya gətirildiyi bildirilirdi. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəyə verilən “güclü alətlər”ə görə “amerikalı həmkar və dostlarına” təşəkkür edib.

Xatırladaq ki, ABŞ HIMARS ilə birlikdə 80 km məsafədəki hədəfləri vura bilən dəqiq idarə olunan sursatları da Kiyevə köçürməyə söz verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə