Yens Stoltenberq Petr Fiala ilә görüşüb

Yens Stoltenberq Petr Fiala ilә görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qәbulu ilә bağlı haqlı narahatlıqlarının olduğunu və onları həll etməyə çalışdıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Yens Stoltenberq NATO-nun mənzil-qərargahında Çexiyanın Baş naziri Petr Fiala ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlama verib.

İyunun 28-30-da keçiriləcək Madrid sammitində müzakirə olunacaq məsələlərdən birinin Finlandiya və İsveçin üzvlük müraciətləri olduğunu xatırladan Yens Stoltenberq müraciətləri "tarixi" inkişaf kimi qiymətləndirib.

Bütün müttəfiqlərin təhlükəsizliklә bağlı narahatlıqlarını müzakirә etmәk və üzvlük prosesində irəliləyiş əldə etmək istədiklərini bildirən Yens Stoltenberq deyib:

"Türkiyənin təhlükəsizliklә bağlı qanuni narahatlıqları var. Biz onları həll etmək üçün Finlandiya və İsveçlə işləyirik".

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyәnin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətləri ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün çalışdıqlarını və üzvlüyün qısa müddətdə mümkün olmaya biləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə