Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Bundan başqa, hadisə yerində iki benzin bidonu da tapılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Yanğın Koordinasiya Mərkəzindəki açıqlamasında məlumat verib.

Nazir diqqətə çatdırıb ki, tutulan şəxs keçmişdə həmin rayonla bağlı yaranmış ticarət mübahisəsi ucbatından əsəbiləşib və hətta ailəsində yaranan problem səbəbindən özünü öldürmək istədiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə