Fatih Birol: ‘‘Rusiya Avropaya təbii qaz ixracını dayandıra bilәr’’
Beynəlxalq Enerji Agentliyinin (BEA) prezidenti Fatih Birol bildirib ki, Rusiya Avropaya təbii qaz ixracını tamamilə dayandıra bilər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Fatih Birol İstanbulda keçirilən konfransdakı çıxışında dünyanın qlobal enerji böhranı içərisində olduğunu və bu böhrandan qısa zamanda çıxmağın mümkün görünmədiyini bildirib.
Beynəlxalq Enerji Agentliyinin prezidenti enerji sahəsində müharibə vəziyyətinin olduğunu, Avropanın enerji səmərəliliyinin artırılması, digər təbii qaz mənbələrinin tapılması və kömür stansiyalarının istifadəsinin artırılması kimi addımlarının problemin həlli üçün kafi olmayacağını bildirib.
Birol Avropa ölkələrinin fövqəladə vəziyyətdə tətbiq olunacaq təbii qaz paylama məhdudlaşdırma planlarını hazırlamalsrının vacibliyini vurğulayıb.
"Bir tərəfdən Avropa Rusiyadan təbii qazı azaltmaq üçün addımlar atarkən, Rusiya Avropaya təbii qaz ixracını tamamilə kəsə bilər. Düşünürəm ki, belə bir ehtimal masadadır",-deyә Beynәlxalq Enerji Agentliyinin prezidenti qeyd edib.
Fatih Birol enerji və әrzaq böhranı ilə yanaşı dünyanın üzləşdiyi digər böhranın da iqlim olduğunu xatırladaraq enerjinin də iqlim böhranına səbəb olan sektorlardan biri olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB