Ukrayna Rusiya Federasiyasına qarşı AİHM-də iddia qaldırıb

Ukrayna Rusiya Federasiyasına qarşı AİHM-də iddia qaldırıb

Ukrayna Ədliyyə Nazirliyi xüsusi hərbi əməliyyatla bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Rusiyaya qarşı iddia qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Ukraynanın ədliyyə naziri Denis Malyuskaya istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, Kiyev qoşunların çıxarılmasını və pul kompensasiyası tələb edəcək.

Malyuskaya bildirib ki, iddia “qoşunların Kiyevin kənarını tərk etdiyi” fevralın 24-dən aprelin 7-dək olan dövrə aiddir.

Xatırladaq ki, martın 15-də Rusiya Federasiyası Avropa Şurasından çıxmaq prosesinə başlayıb.

İyun ayında Rusiya Prezidenti Vladimir Putinin imzaladığı qanunlar AİHM-nin 2022-ci il martın 15-dən sonra - Rusiya Federasiyasının Avropa Şurasından çıxmaqla bağlı müraciət etdiyi andan qəbul edilmiş qərarlarının Rusiyada icra olunmaması ilə bağlı dərc edilib.

Əslində Rusiya başqa məsələrdə olduğu kimi, bundan da min bahənə ilə botun qaçıracaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə