Meymunlar tərəfindən qaçırılan 1 aylıq körpə ölüb

Tanzaniyanın qərbindəki Qombe Milli Parkı yaxınlığındakı Mvamqonqo kəndində meymunlar tərəfindən qaçırılan bir aylıq körpə ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tanzaniyanın qərbindəki Qombe Milli Parkı yaxınlığındakı Kiqomanın Mvamqonqo kəndində meymunlar evə girərək 1 aylıq körpəni qaçırıb.

Meymunlar kəndliləri gördükləri zaman aqressivləşib və körpəyə başından və boyun nayihəsindən xələl yetiriblər. Xəstəxanaya aparılan körpə müalicə aldığı zaman dünyasını dəyişib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə