Bayden benzin istehsalçılarını qiymətləri aşağı salmağa çağırıb

ABŞ Prezidenti Cozef Bayden istehsalçıları və tədarükçüləri benzinin qiymətini aşağı salmağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerika lideri jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Yanacaq şirkətlərinə çox sadə bir mesaj göndərirəm: qiymətləri endirin, bunu indi, bu gün edin. Sizin istehlakçılar, Amerika vətəndaşları özlərini daha yaxşı hiss etməlidirlər”, – Bayden bildirib.

“Financial Times” yazır ki, ABŞ-da benzin qiymətləri rekord səviyyəyə yaxındır ki, bu da inflyasiyanı yüksək səviyyədə saxlayır və Bayden üçün siyasi məsələyə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə