Ruslar Dnepropetrovsk vilayətinin Apostolovo şəhərinə hücum etdilər

İyunun 22-də axşam saatlarında rus qoşunları Dnepropetrovsk vilayətinin Apostolovo şəhərinə hücum ediblər. SİA-nın əldə etdiyi məlumata görə, hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, bu barədə zərərçəkmiş qəsəbənin meri Andrey Osa məlumat verib. “Məlum səbəblərə görə, gəliş yerlərini təfərrüatlı şəkildə deyə bilmərəm”. Bunu Osa deyib.

Eyni zamanda o, dağıntılar və zərərçəkənlər barədə məlumatların dəqiqləşdirildiyini bildirib.

Bundan əlavə, mer yerli sakinləri şəhər ətrafında hərəkət edərkən diqqətli olmağa çağırıb, çünki “gələnlər” qəsəbəni tərk edənlər üçün sürprizlər hazırlaya bilərlər.

Ona görə də, Osa naməlum metal əşyalara toxunmamağı və uşaqlari isə nəzrətsiz qoymamağa çağırıb.

Qeyd edək ki, iyunun 21-dən başlayaraq işğalçılar Krivoy Roq bölgəsini çoxsaylı raket sistemlərindən atəşə tutdular, bundan sonra genişmiqyaslı yanğın baş verdi və alov 3,5 hektar ərazini əhatə edib

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...