Almaniya ilə Fransa Ukraynanı Rusiya ilə tək qoyurlar..?

...Paris və Berlin kənara çəkilib Kiyevi Moskva ilə tək qoymağa qərar verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Spectator” jurnalının köşə yazarı Endryu Tettenborn bildirib.

Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsində Avropa İttifaqında parçalanma olub. Britaniyalı jurnalist Avropa Xarici Əlaqələr Şurasının araşdırmasının nəticələrini açıqlayıb. Onların fikrincə, bu ölkələrin sakinlərinin böyük əksəriyyəti tezliklə sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

“Açığı, bu o deməkdir ki, onlar mümkün olan ən məqbul şərtləri müzakirə etmək üçün kənara çəkilib Ukraynanı Rusiya ilə tək qoymağı seçiblər”, - məqalədə deyilir.

Maraqlıdır ki, İtaliya və İsveçin də eyni fikirdə olduğu bildirilir. Amma ruslara qarşı ən barışmaz mövqeyi hələ də Litva və Polşa nümayiş etdirirlər.

Qeyd edək ki, bir müddət bundan əvvəl Bundestaqın deputatı Petr Bystron ABŞ-ın da Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini və tezliklə barışıq istədiyini bildirmişdi. Onun sözlərinə görə, Amerika diplomatiyasının keçmiş rəhbəri Henri Kissincer “münaqişədəki dəyişikliyi Avropa torpağına köçürüb”. Belə ki, onun bəyanatları sülh yolu ilə nizamlanmaya qarşı çıxan avropalı siyasətçilərin mövqeyi ilə ziddiyyət təşkil edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə