Ərəb investorları Serbiyaya sərmayə qoymağa dəvət olunub

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda Səudiyyə Ərəbistanının turizm naziri və İnkişaf Fondunun rəhbəri Əhməd bin Akil əl-Hatiblə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində həyata keçiriləcək layihələr müzakirə edilib.

Səudiyyə Ərəbistanından olan investorları ölkəsinə sərmayə yatırmağa dəvət edən A.Vuçiç Səudiyyə Ərəbistanı və serb iş adamlarının birgə layihələr həyata keçirmələrinin vacibliyini vurğulayıb.

Serbiya Prezidenti Səudiyyə Ərəbistanının Belqradda diplomatik nümayəndəlik açacağına ümidvar olduğunu bildirib və bunun iki ölkə arasında münasibətləri yaxşılaşdıracağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...