“Benzin və ya dizellə işləyən avtomobil satmamaq planı” yanlışdır”

Almaniyanın maliyyə naziri Kristin Lindner (Christine Lindner) Avropa İttifaqının (Aİ) 2035-ci ildən etibarən yeni benzin və dizellə işləyən avtomobillərin satışını qadağan edən qanunvericiliyini qəbul etməyəcəklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniya Sənaye Günü çərçivəsində keçirilən iclasda çıxış edən K.Lindner Aİ-nin 2035-ci ildən etibarən üzv ölkələrdə yeni “Benzin və ya dizellə işləyən avtomobil satmamaq planı”nın yanlış olduğunu bildirərək deyib: “Almaniya hökuməti Aİ-nin bu qanununu qəbul etməyəcək. Avropa Yaşıl Sazişinin bir hissəsi olan və 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağı hədəfə alan “Fit for 55” paketinə əsasən, Aİ Komissiyası 2035-ci ildən etibarən yeni avtomobillərin və yüngül kommersiya nəqliyyat vasitələrində emissiyaların sıfır olmasını təklif etmişdi. Buna görə, qeyd olunan tarixdən etibarən Aİ ölkələrində yeni benzin və ya dizel avtomobilləri satılmayacaq.”

Qeyd edək ki, Avropa Parlamenti iyunun 8-də 2035-ci ildən etibarən Aİ ölkələrində yeni benzin və dizel yanacağı ilə işləyən avtomobillərin satışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Bu mərhələdən sonra AP ilə üzv dövlətlər arasında tənzimləmə ilə bağlı danışıqlar aparılacaq.

Aİ-nin məqsədi 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrinin sıfır emissiya ilə işləməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə