Hava limanında təyyarə yandı - DƏHŞƏTLİ ANLAR

Hava limanında təyyarə yandı - DƏHŞƏTLİ ANLAR

ABŞ-ın Mayami Beynəlxalq Hava Limanına eniş edən "Red Air" aviaşirkətinə məxsus 126 nəfəri daşıyan sərnişin təyyarəsi eniş zolağında alovlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin yüngül xəsarət aldığı bildirilib.

Mayami-Dade Aviasiya Departamentinin sözçüsü Qreq Çin "Associated Press"ə bildirib ki, qəza Dominikan Respublikasının Santo Dominqodan gələn "Red Air" aviaşirkətinə məxsus təyyarənin eniş şassisinin qəzaya uğraması nəticəsində baş verib.

Mayami-Dade Yanğınsöndürmə İdarəsi "tvitter"də bildirib ki, ekipajlar yanğını nəzarət altına alıb və yanacaq sızmasını azaldıb.

Təyyarənin yanma anı ətrafdakı insanlar tərəfindən anbaan lentə alınıb. Şirkət hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası yanğını araşdırmaq üçün hava limanına bir qrupun gələcəyini bildirdi.

Hüseyn Rəhimzadə

Bütün xəbərlər Facebook səhifəmizdə