Hindistan və Banqladeşdə ölənlərin sayı 124 nəfərə çatıb

Hindistan və Banqladeşdə ölənlərin sayı 124 nəfərə çatıb

Hindistan və Banqladeşdə musson yağışları nəticəsində həyatını itirənlərin sayı 124-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cənub-Şərqi Asiya ölkələrində günlərdir davam edən musson yağışları həyatı iflic edib.

Banqladeşdə Səhiyyə Xidmətləri bildirib ki, şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 64 bölgədən 27-də 36 nəfər həyatını itirib. Təxminən 2,5 milyon insanın yaşadığı Sunamqanjın ən azı 94 faizi və 4 milyona yaxın insanın yaşadığı Sulhetin 85 faizi su altında qalıb. Sunamqanj və Sulhet rayonlarında yaşayan milyonlarla insan son 4 günü evlərinin damında, içməli su, qida və dərmanlardan məhrum olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə