Fransada hicablı çimərlik geyimlərinə qadağa qoyulub

Fransada hicablı çimərlik geyimlərinə qadağa qoyulub

Fransada ictimai hovuzlarda həşəm taxmaq qadağan edilib. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, daha sonra qərarın ləğvi üçün Dövlət Şurasına müraciət edilib. Ali Məhkəmənin ictimai hovuzlarda “həşema” adı ilə tanınan hicablı çimərlik geyimlərinə qoyduğu qadağanın rədd ediləcəyi gözlənilsə də qadağa qüvvədə qalıb.

Fransanın Qrenobl şəhərində hicablı çimərlik paltarı kimi tanınan papaqla ictimai hovuzlara girmək qadağandır. Bu qərar daha əvvəl də verilmişdi, lakin Fransa müsəlmanlarının bir sıra etirazlarından sonra qərar yüksək məhkəməyə çatdırılıb. Qərarın ləğvi üçün yüksək məhkəmənin nəticəsini gözləyərkən məhkəmə "həşəmə" qadağasını təsdiqləyib.

Fransada 5 milyona yaxın müsəlman yaşayır. 2010-cu ildə ölkədə ictimai yerlərdə çadra və çarşaba qadağa qoyulub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə