İraqda hərbi əməliyyat zamanı türk əsgəri şəhid olub

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir...
İraqda hərbi əməliyyat zamanı türk əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı çərçivəsində baza bölgəsində separatçı terror təşkilatı üzvləri tərəfindən açılan təcavüz atəşi nəticəsində bir əsgər şəhid olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir: “21 iyun 2022-ci il tarixində separatçı terror təşkilatı üzvlərinin “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza sahəsinə açdıqları atəş nəticəsində qəhrəman silahdaşımız, piyada əsgər Sercan Baş şəhid olub”.

Bütün xəbərlər Facebook səhifəmizdə