KXDR-də qızdırmaya yoluxanların sayı azalır

KXDR-də qızdırmaya yoluxanların sayı azalır

Ardıcıl 4 gündür Şimali Koreyada qızdırması qalxanların sayı 20 min nəfərdən aşağı olur. Ötən gün 15 260 qızdırmalı xəstə aşkar edilib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

KXDR-də qızdırma simptomları ilə yayılan koronavirusa 4,6 milyondan çox insan yoluxub. Aktiv xəstə sayı 26 min nəfər, xəstəlikdən ölənlərin sayı isə 73 nəfərdir.

Ölkədə ən ciddi yoluxma mayın 13-də qeydə alınıb. Həmin gün 392 920 yeni yoluxma aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə