Beləliklə, Vaşinqtonda “G7” və NATO sammitləri çərçivəsində əsas məqsədlər açıqlanıb. Hamısı Rusiya Federasiyasının başlatdığı Ukrayna müharibəsi ilə bağlıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ Dövlət Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Xatırladaq ki, sammitlər iyunun sonunda keçiriləcək.
Verilən xəbərə görə, ABŞ prezidenti Cozef Bayden aşağıdakı məqsədləri həyata keçirəcək:
-ABŞ-ın demokratik, suveren Ukraynaya ciddi dəstəyini artırmaq;
- Rusiyanı müharibəyə görə məsuliyyətə cəlb etmək;
-qlobal iqtisadiyyat üçün dağıdıcı risklərin, xüsusən də yanacaq və ərzaq qiymətlərinin artmasının idarə edilməsi;
-demokratiyanın öz potensialını reallaşdıra, avtoritar və korrupsioner yanaşmaları məğlub edə bildiyi dünyaya informasiya baxışının formalaşdırılması.
Onu da qeyd edək ki, “UNIAN”ın daha əvvəl xəbər verdiyi kimi, iyunun 15-də ABŞ prezidenti Cozef Bayden Ukraynaya daha 1 milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib.
Yardım paketinə daxildir:
-MLRS idarə olunan raketləri,
-18 M777 haubitsa və onlar üçün 36 000 mərmi,
-sahil təhlükəsizliyi üçün iki əlavə Harpoon gəmi əleyhinə sistem,
- minlərlə qorunan radio və gecə görmə cihazları və digər optik cihazlar.
Bundan əlavə, əhaliyə humanitar yardım üçün 225 milyon dolların ayrılacağı da açıqlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB