Britaniya mətbuatının Rusiyada gözlənilən kütləvi səfərbərlik barədə məlumatını şərh edən Kreml sözçüsü Dmitri Peskov deyilənləri şaiyə, saxta fikir adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” məlumat yayıb.
“Bəli, bunlar əsil saxta sözlərdir”. Qeyd edək ki, bunu Rusiya prezidentinin mətbuat katibi müvafiq suala cavab verərkən bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Peskov Rusiya prezidenti Vladimir Putinin iyunun 17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışı zamanı səfərbərlik elan etmək niyyətində olduğu barədə iddia edilən xarici nəşrləri yayımlarını yalan adlandırıb.
Xatırladaq ki, hələ mayın əvvəlində də Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ümumi səfərbərliyə dair məlumatları təkzib etmişdi.
Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada səfərbərlik elanını gözləmək lazım olmadığını, dövlət başçısının ətrafında öz “səfərbərliyi” lazım olduğunu bildirib(?).
Rus saytlarının yazdığına görə, Qərb mətbuatı Rusiya hakimiyyətinin ölkədə ümumi səfərbərliyə başlamaq və Ukrayna ərazisində xüsusi əməliyyatın sürətini artırmaq üçün yaxın vaxtlarda rəsmi Kiyevə müharibə elan edəcəyi barədə xəbərlər yer alsa da, amma Rusiyada bu məlumatlar təsdiqlənmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB