ABŞ Ədliyyə Nazirliyi Ukraynada hərbi cinayətlərdə iştirak etdiyi iddia edilən şəxslərin məsuliyyətə cəlb edilməsində Kiyevə kömək edəcək qrup yaradacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “TASS” nazirliyin bəyanatına istinadən xəbər verir.
Sənəddə deyilir ki, ötən gün Ukrayna baş prokuroru İrina Venediktova ilə ABŞ Ədliyyə Nazirliyinin rəhbəri Merrik Qarland arasında görüş keçirilib. Görüş zamanı Qarland Venediktovaya Birləşmiş Ştatların ölkədə “müharibə cinayətləri və digər vəhşiliklərdə iştirak edənlərin müəyyən edilməsi, tutulması və mühakimə olunmasında Ukraynaya yardım etməyə hazır olduğunu bildirib,
“Birləşmiş Ştatlar aydın siqnal göndərir: gizlənmək üçün heç bir yer yoxdur, biz və tərəfdaşlarımız bu vəhşiliklərə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün bütün imkanlardan istifadə etmək niyyətindəyik”.
Rusların “RİA Novosti” xəbər verir ki, bunu Merrik Qarland bildirib.
Onun sözlərinə görə, qrupa həm texniki, həm hüquqi, həm də sübutların toplanması baxımından Kiyevə kömək edəcək ekspertlərin olacağı dəqiqləşib. Qrup həmçinin xüsusi əməliyyatın gedişini işıqlandıran amerikalı jurnalistlərin öldürülməsi və yaralanması ilə bağlı araşdırmalarda da iştirak edəcək.
Qeyd edək ki, nasist cinayətkarlarının tapılması və cəzalandırılması ilə məşğul olan ABŞ Ədliyyə Departamentinin keçmiş rəhbəri Eli Rosenbaumun qrupa rəhbərlik edəcəyi gözlənilir. O, həmçinin departamentdə hərbi cinayətlərə görə məsuliyyət üzrə müşavir vəzifəsini tutacaq.
ABŞ Ədliyyə Nazirliyi, həmçinin Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınma hallarına qarşı Ukrayna və digər ölkələrin hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmaq üçün əlavə işçilər təqdim etmək niyyətindədir.
Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya Federasiyasının ABŞ-dan fərqli olaraq, müharibə cinayətlərinin qarşısını almaq üçün hər şeyi etdiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB