Ukrayna ordusunu Xerson vilayətinə soxulmaq cəhdi intihardan başqa bir şey deyiıl.
Qeyd edək ki, SİA bunu “RİA Novosti”yə istinadən vilayətin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousova istinadən xəbər verir.
“Xerson rayonu çöl zonasıdır. Ukrayna tərəfinin təşəbbüsü ilə hər hansı bir hərəkət məhvə məhkumdur və intihara bənzəyir. Buna misal olaraq bir neçə uğursuz əməliyyatı göstərmək olar. Ukrayna ordusunun artıq zərbə qüvvəsi yoxdur. Heç kim Zelenski rejimi üçün ölmək istəmir. Ona görə də Ukrayna ordusunun əhval-ruhiyyəsi pozulub”.
...Stremousov deyib bunları .
Və əlavə edib ki, hazırda Xerson vilayətində vəziyyət sakitdir. Yerli sakinlər mövcud vəziyyəti anlaqlı qarşılayıb və artıq Kiyevin təbliğatının təsirinə düşmək istəmirlər.
Qayıdaq əvvələ...ruslar yazırlar ki,
xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri Xerson və Zaporojye vilayətinin Azov hissəsinə nəzarəti ələ keçiriblər və bölgələrdə mülki-hərbi idarələr formalaşdırılıb, rubl dövriyyəyə buraxılıb.
...Regionlar Rusiya Federasiyasının subyektləri olmaq planlarını açıqlayıblar və s. və ilaxır.
Qeyd edim ki, necə deməsindən asılı olmayaraq, amma rus saytlarının istnad etdikləri Kirill Stremousov əvvəllər Ukraynanın dövlət və siyasi xadimi. “Tavriya News” ictimai təşkilatının və "Ukrayna Ekoloji Özünümüdafiə Mərkəzi" QHT-nin həmtəsisçisi. Ukrayna Sosialist Partiyasının Xerson şöbəsinin keçmiş rəhbəri olub.
Amma, deyilənə görə, a “süqutundan sonra ruslara satılıb...hər halda Ukrayna saytları onun haqqında belə yazırlar...satılmış satqın.
...Kirill Stremousov hesab edir ki, yaxın gələcəkdə Xerson və ətraf regionu tamhüquqlu Rusiyanın subyektinə çevriləcək.
Stremousov onu da deyib ki, o, “şəxsən Xerson vilayətini Rusiya Federasiyasının bir hissəsi kimi görür” və qeyd edib ki, bu regionun nə vaxt Rusiya Federasiyasının tərkibinə daxil olacağı sualı hələ ki, açıq qalır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB