İbrahim Kalın әhәmiyyәtli bәyanatlar verib

İbrahim Kalın әhәmiyyәtli bәyanatlar verib

Türkiyә Prezidentinin sözçüsü İbrahim Kalın Finlandiya və İsveçin NATO-ya qәbulu və Türkiyənin narahatlığı ilə bağlı danışıqların davam edəcəyini, Madrid samitinin son tarix olmadığını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İbrahim Kalın və Türkiyә xarici işlәr nazirinin müavini səfir Sedat Önal İsveç və Finlandiyanın NATO-ya qәbulu ilә әlaqәdar NATO-nun Brüsseldәki mәnzil qәrargahında görüşlәr keçirdi.

Burada mətbuata açıqlamalar verən İbrahim Kalın danışıqların davam edəcəyini və 29-30 iyunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitin son tarix olmadığını vurğulayıb.

NATO-nun mәnzil qәrargahında İsveç və Finlandiyanın alyansa üzvlük müraciәtlәri ilә bağlı danışıqlar apardıqlarını ifadə edən İbrahim Kalın Türkiyənin narahatlıqları və gözləntilərinin qarşı tərəflərə açıq şəkildə ifadə edildiyini xatırladıb.

PKK/YPG, FETÖ və DHKP-C kimi terror təşkilatlarının fəaliyyətlərinin dayandırılmasına dair gözləntilərin dilə gətirildiyini qeyd edən İbrahim Kalın deyib: “Bizim əsas gözləntimiz bu terror təşkilatlarının fәaliyyәtlәrinin dayandırılmasıdır''.

Türkiyəyə qarşı silah embarqosunun və məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı gözləntilərin də qarşı tәrәfә çatdırıldığını ifadə edən İbrahim Kalın deyib: “Madriddə keçiriləcək NATO sammitinin bizim üçün son tarix və ya dönüş nöqtəsi olmadığını və bu danışıqların davam edəcəyini bu gün ifadә etdik’’.

İbrahim Kalın NATO-nun baş katibi Yens Stoltenberqlə də görüşdüklərini və NATO sammitinin ümumi çərçivəsini, qlobal çağırışları, Rusiya ilə əlaqələri, Ukrayna müharibəsini, ərzaq təhlükəsizliyini, enerji və kiber təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirib.

Türkiyənin geniş coğrafiyadakı mühüm rollarını qiymətləndirdiklərini qeyd edən İbrahim Kalın Türkiyənin NATO sammitinin müvəffəqiyyətlə keçməsi üçün hazırlıq gördüyünü, Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdə bir çox mühüm mövzunu gündəmə gətirəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə