Rәcәb Tayyib Әrdoğan vә Antonio Quterreş arasında telefon danışığı olub

Bu barәdә Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsi mәlumat yayıb
Rәcәb Tayyib Әrdoğan vә Antonio Quterreş arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreşlә telefon әlaqәsi saxlayıb.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsi mәlumat yayıb. Mәlumata әsasәn, söhbәt zamanı Rusiya-Ukrayna müharibəsi, böhranın həlli ilə bağlı təşəbbüslər müzakirə edilib.

Türkiyә prezidenti Rәcәb Tayyib Ərdoğan qlobal ərzaq böhranının qarşısının alınmasında əsas amil olacaq Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səyləri davam etdirdiklərini vurğulayıb.

Rәcәb Tayyib Ərdoğan qeyd edib ki, o, həmsöhbətlərinə sülh danışıqlarının canlandırılmasını və müharibənin diplomatiya ilə yekunlaşdırılmasını təklif etməyə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə