Yakutiyanın Verxnevilyuyski rayonunda 14 nəfər, o cümlədən 13 uşaq qidadan zəhərlənmə əlamətləri ilə tibbi yardım almaq üçün müraciət edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti xəbər verir.
Beləliklə, sosial şəbəkələrdə “İsyax Olonxo” respublika bayramının keçirildiyi Verxnevilyuyski rayonunda uşaqların kütləvi zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb.
Onların keyfiyyətsiz “hot-doq”lar yedikləri güman edilir. Respublika prokurorluğu adından Verxnevilyuyski rayon prokurorluğu qida zəhərlənməsi əlamətləri ilə səhiyyə müəssisəsinə müraciət edən vətəndaşlar barədə məlumat daxil olduqdan sonra yoxlama təşkil edib.
Respublika Prokurorluğundan müalicə müəssisəsinə 13-ü azyaşlı olmaqla 14 vətəndaşın müraciət etdiyi müəyyən edildiyi bildirilib.
Zəhərlənənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir, onlara müvafiq tibbi yardım göstərilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB