“Rusiya bir daha heç vaxt Qərbə etibar etməyəcək”

“Rusiya bir daha heç vaxt Qərbə etibar etməyəcək”

"MSNBC” telekanalına müsahibə verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əminliklə Ukraynadakı böhranın uzunmüddətli olacağını bildirib.

Maraqlıdır ki, bununla yanaşı o, Rusiya hakimiyyətinin bir daha heç vaxt Qərbə etibar etməyəcəyini də bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RBC” xəbər verib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson Londonu və Qərb müttəfiqlərini Ukraynada uzanmaqda davam edən münaqişəyə hazırlaşmağa, Kiyevə silah və sursatların çatdırılmasını təmin etməyə və ukraynalı hərbçilərə təlim keçməyə çağırış etmişdi.

Britaniyalı baş nazirə dəstək nümayiş etdirən NATO-nun baş katibi Yens Stoltenberq də rəhbəri olduğu alyansın uzun sürən hərbi əməliyyatlar qarşısında Kiyevə yardım göstərməyə hazır olacağını bildirmişdi.

O da maraqlıdır ki, “Washington Post” nəşri ABŞ və müttəfiqlərinin Ukraynada uzanan münaqişəyə hazırlaşdığı barədə material dərc edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə