“ABŞ-ın təxribatına baxmayaraq…”

“ABŞ-ın təxribatına baxmayaraq…”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə Amerika Birləşmiş Ştatlarının təxribatına baxmayaraq, danışıqlar yolu ilə getməyə çalışdıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Hətibzadə paytaxt Tehranda təşkil edilən mətbuat konfransında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İdarə Heyətinin iyunun 8-də keçirdiyi iclasda İran əleyhinə qərarı ilə bağlı deyib: “Qərardan əvvəl ABŞ-a təkliflər təqdim etdik. Bu təşəbbüslə İran yenə razılaşma yolunu açmağa çalışdı. ABŞ-ın təxribatlarına baxmayaraq, danışıqlar yolunu irəli aparmağa cəhd etdik. MAGATE-nin İdarə Heyətinin iclasından əvvəl İranın insiativi (təşəbbüsü) Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrel vasitəsilə qarşı tərəfə çatdırıldı. İranın təklifi iki xarici işlər naziri tərəfindən bildirilib və yol xəritəsi hazırlanıb, lakin ABŞ yenidən müqaviləni uzatmaq və təxirə salmaq qərarı verdi.

ABŞ 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxıb. Rəsmi Vaşinqton administrasiyası üzərinə götürdüyü bütün öhdəliklərə baxmayaraq, yenə əvvəlki prezident Donald Trampın yolu ilə davam edir.

Biz yaxşı, sabit və effektiv sövdələşməyə hazırıq və hədəflərə çatmaq üçün nə lazımsa, bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə