Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri 33 800 hərbçi itirib”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1477 tank, 3 888 zirehli maşın, 749 artilleriya sistemi, 238 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 181 helikopter, 601 operativ-taktiki PUA, 130 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika, 2527 avtomobilni məhv edib.

Ukrayna Baş Qərargahından verilən başqa bir açıqlamada isə, Rusiya hərbçilərinin Donetsk istiqamətində hücumlarının Severodonetsk və Bəhmut şəhərlərinin sərhəddində cəmləşdiyi bildirilib.

Açıqlamada hücumların havadan həyata keçirilməyə davam etdiyi qeyd edilib:

“Müharibə Severodonetsk şəhəri üzərində tam nəzarəti ələ keçirmək üçün davam edir".

Bundan əlavə, Xarkov şəhəri və ətrafında bomba hücumlarının artdığı və 5 dəniz raketinin Ukraynadakı hədəfləri vurmağa hazır olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə