Ukrayna və Avropa ilə bağlı mesaj verdilər

Ukrayna və Avropa ilə bağlı mesaj verdilər

NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen ilə görüşdən sonra onlar birlikdə Madrid Sammiti öncəsi Ukrayna və Avropanın müdafiəsi ilə bağlı birlik və əməkdaşlıq mesajı veriblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında baş tutan görüşdən sonra “twitter” hesabından NATO-nun baş katibi Stoltenberq yazıb: "NATO və Aİ Rusiyanın amansız müharibəsinə qarşı özünü müdafiəyə davam edən ukraynalıların yanındadır. Biz uzunmüddətli perspektivdə yaxın tərəfdaşımız Ukraynanı dəstəkləməyə davam edəcəyik".

Von der Leyen 29-30 iyun tarixlərində Madriddə keçiriləcək NATO Sammitinə hazırlıq iclası keçirdiklərini də bildirib.

"Aİ-NATO əməkdaşlığı artan əməkdaşlıqdan hərbi səfərbərliyə qədər Avropanın müdafiəsini gücləndirməyə davam etmək üçün çox vacibdir. Biz birlikdə Ukraynanı dəstəkləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə