İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrailin xarici işlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrailin xarici işlər naziri Yair Lapidin iyunun 23-də Türkiyəyə gələcəyi bildirilib.

Bəyanatda səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə ediləcəyi qeyd edilib.

Xatırladaq ki, xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 24-25-də Fələstin və İsrailə ikigünlük səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə