Türkiyənin Hakkari şəhərində bölücü terror təşkilatı PKK üzvü olan 2 terrorçu zərərsizləşdirilib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Akbal kəndi çölündə, Hakkari Vilayət Jandarma Komandanlığına bağlı Jandarma Xüsusi Hərəkat, jandarma komando və mühafizə qruplarının başlatdığı "Eren Abluka-2" antiterror əməliyyatı çərçivəsində dünən bölücü terror təşkilatının 2 üzvü zərərsizləşdirilib.
Daxili işlər naziri Süleyman Soylu da sosial media hesabında etdiyi “Terror blokadadadır” başlıqlı paylaşımında “Eren Abluka-2”antiterror əməliyyatında Hakkari Şemdinlidə jandarmamız və mühafizəçilərimiz terror aktına hazırlaşan 2 terrorçunu zərərsizləşdirib” ifadələrdən istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB