Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer Litva ərazisindən tranzitlə bağlı məhdudiyyətlərə görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
SİA-nın “RİA Novosti”dən əldə ediyi məlumata görə, bu barədə Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib,
Onun sözlərinə görə, diplomat üçün müvafiq şərtlər qoyulacaq. Eyni zamanda Əlixanov vurğulayıb ki, Ederer Kalininqradın xüsusiyyətlərini bilir, çünki o, əvvəllər şəhərə tez-tez səfər edib. “Mən həqiqətən ümid edirəm ki, o, öz tərəfdən hansısa həll variantını təklif edəcək və konstruktiv olacaq”.
Qeyd edək ki, bunları bildirən Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bundan əvvəl Litva dəmir yolları idarəsinin Belarusdan Rusiya regionuna yüklərin tranzitinə qadağa qoyduğunu bildirmişdi. Bu qərara səbəb isə Avropa İttifaqının sanksiyaları adlandırılıb. Onu da qeyd edək ki, məhdudiyyətlər iyunun 18-dən qüvvədədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB