Amazonda itkin düşən britaniyalı jurnalistlə bağlı daha 5 nəfər həbs edilib

Amazonda itkin düşən britaniyalı jurnalistlə bağlı daha 5 nəfər həbs edilib

Braziliya polisi iki həftə əvvəl Amazon cəngəlliyində öldürülən britaniyalı jurnalist Dom Phillips və yerli ekspert Bruno Pereyranın işi ilə bağlı daha 5 şübhəlinin həbs edildiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Braziliyada araşdırma aparan 57 yaşlı britaniyalı jurnalist Dom Phillips və tədqiqatçı Bruno Pereyra keçən həftə Amazonas əyalətinin Javari bölgəsində yoxa çıxıb və onlardan bir daha xəbər alınmayıb. Bölgədə başladılan axtarış-xilasetmə işlərindən sonra iki nəfərin cəsədi tapılıb, qətli törətməkdə şübhəli bilinən 3 nəfər isə saxlanılıb.
Braziliya polisi bu gün cəsədləri gizlətməyə kömək edən daha 5 şübhəlinin həbs edildiyini açıqlayıb. Həbs edilən şübhəlilərin şəxsiyyətləri açıqlanmasa da, polis qətldə iştirak edən bütün şəxslərin tapılması üçün işlərinin davam etdiyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə