NATO Kalininqradı “ələ keçirmək” istəyir?

NATO Kalininqradı “ələ keçirmək” istəyir?

NATO-nun Kalininqrad bölgəsini işğal etmək üçün hipotetik cəhdləri Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edə bilər.

Qeyd edək ki, bu fərziyyə ilə “Ukrayna.ru”ya müsahibəsində MDB Ölkələri İnstitutunun hərbi eksperti Vladimir Yevseyev çıxış edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Onun sözlərinə görə, nə vaxtsa Polşa Kalininqrad vilayəti ilə sərhəddə vəziyyəti gərginləşdirməyə başlaya bilər. Öz növbəsində Rusiyanın Kalininqradın NATO ölkələri tərəfindən tutulacağına şübhəsi varsa, o zaman Rusiya nüvə silahından istifadə edəcək və Litva ərazisindən quru dəhlizi yaradacaq.

Bundan əvvəl Polşa müdafiə nazirinin keçmiş müavini Romuald Şeremetyev Kalininqrad vilayətinin demilitarizasiyasının zəruri olduğunu bildirmişdi. Onun fikrincə, Kalininqrad İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasından sonra şərq cinahda NATO blokunun üstünlüyünə mühüm maneə ola bilər.

Həmçinin Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib ki, hakimiyyət Xarici İşlər Nazirliyi və Rusiyanın Litvadakı səfirliyi ilə bir sıra yüklərin dəmir yolu ilə tranzitinin məhdudlaşdırılması ilə bağlı vəziyyətlə bağlı işləyir. O, Litvanın hərəkətlərini qanunsuz adlandırıb. Onun sözlərinə görə, bu, Avropa İttifaqı üçün çox geniş nəticələrə səbəb ola bilər.

Yeri gəlmişkən, Finlandiya və İsveçin NATO-ya mümkün daxil olma ehtimalı hələ də Rusiyanı narahat edən məsələlərdən biri olaraq qalmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə