...Ukrayna ruslarla bellə, kürəklə vuruşacaq

Bəs, Skabeeva deyir ki, guya Ukraynada onları gül-çiçəklə gözləyirlər
...Ukrayna ruslarla bellə, kürəklə vuruşacaq

Əgər Qərb Kiyevə silah tədarükünü dayandırsa, bu halda ukraynalılar, əllərinə bel, kürək alıb ruslara qarşı vuruşacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “ARD” telekanalının efirində bildirib.

Kuleba hazırda ölkədə yaşananlara münasibət bildirərkən “mövcudluq məsələsidir” və Kiyev nə qədər tez silah alsa, “bu ona bir o qədər çox kömək olacaq”- deyib.

“Silahlar gec göndərilsə, biz yenə də “sağ ol” deyəcəyik, amma o zaman çox şey itiriləcək, təbii ki, çoxlu insan öləcək”, - diplomat əlavə edib.

Kuleba onu da vurğulayıb ki, Qərbdə heç kim Ukraynanın silah tədarükü olmadan güzəştə getməyə daha çox həvəsli olacağına inanmamalıdır. Eyni zamanda o, hazırda Ukraynada Rusiyadakından xeyli az silah olduğunu da etiraf edib və Kiyevin daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu xatırladıb.

Xatırladıb demişkən, bundan əvvəl ABŞ və müttəfiqlərinin Ukraynada uzanan münaqişəyə hazırlaşdıqları və Kiyevi getdikcə daha təkmilləşmiş silahlar - gəmi əleyhinə raketlər və uzaqmənzilli artilleriya ilə təchiz edəcəyi barədə məlumat verilmişdi.

Yeri gəlmişkən, rusların Ukraynaya, müdaxiləsinin ilk günlərində Rusiya telekanalında yayımlanan “60 dəqiqə” verlişinin aparıcılarından biri olan Olga Skabeeva hazırda guya ukraynalıların əllərində gül-çiçəklə həsrətlə onların, yəni rusların yolunu gözlədiklərini demişdi. Maraqlıdır ki, Skabeevanın “təbəssümlü” əri Yevgeni Popov da “təbəssümünə əlavə çalar qataraq” zövcəsinin dediklərini başını tərpətməklə təsdiqləmişdi.

Hələ, mən, bu günə kimi hansı məzhəbə qulluq etdiyi məlum olmayan Semyon Baqdasarovu demirəm... “böyük bir əda ilə” “biz orada, yəni Ukraynada olmalıyıq” deyib elə təəssürat yaratmaq iastəyirdi ki, guya bu da Kiyevdə həsrətlə gözlınilınlərdəndi...

Maraqlıdır, bir halda ki, bunları orada, yəni Ukraynada özlərinin dedikləri kimi, yerli xalq “gül-çiçəklə" qarşılayacaqsa, bəs belə olan halda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba niyə onları qarşılamaq üçün beldən, kürəkdən danışır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə