İran və Qazaxıstan əməkdaşlıq sənədləri imzalayıb

İran və Qazaxıstan əməkdaşlıq sənədləri imzalayıb
İran və Qazaxıstan Tehranda ikitərəfli əməkdaşlığa dair 9 əməkdaşlıq sazişi imzalayıblar.

"Akorda.az" xəbər verir ki, dar tərkibdə keçirilən görüşün sonunda Qasım-Jomart Tokayev və İbrahim Rəisinin iki dövlətin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə danışıqları olub.

Tərəflər Qazaxıstan-İran əlaqələrinin vəziyyətini və inkişaf perspektivlərini ətraflı müzakirə edərək, nəqliyyat və logistika, sənaye və kənd təsərrüfatı sahələrində ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, habelə mədəni-humanitar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

İran nümayəndə heyətini salamlayan Kasım-Jomart Tokayev qeyd edib ki, bu il Qazaxıstan və İran mühüm tarixi - diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirlər. Onun sözlərinə görə, bu müddət ərzində hər iki ölkə sıx dövlətlərarası əlaqələr qura bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB