Malinin Qao şəhərinin şimalındakı hücumda azı 20 mülki şəxs həlak olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli polis “Agence France-Presse”ə danışarkən bildirib.
“...Terrorçular şənbə günü Anşavaş kommunasının bir neçə yaşayış məntəqəsində azı 20 mülki sakini öldürüblər", - polis sözçüsü bazar günü anonimlik şərti ilə agentliyə deyib.
Yerli məmur da öz növbəsində agentliyə 24 mülki şəxsin həlak olması barədə məlumatı təsdiqləyib.
Qeyd edək kiŞ Mali Qərbi Afrikadakı kasıb ölkələrdən biridir. Respublikanın şimal-şərq hissəsi “Əl-Qaidə” ilə əlaqəli qrupdan olan islamçıların nəzarətindədir .
Onu da qeyd edək ki, əvvəllər burada tanınmamış Müstəqil Azaşad Dövləti elan edilmişdi. Hakimiyyəti bu əraziyə nəzarəti itirdikdən sonra bölgə üçün muxtariyyət ideyasına keçdiyini elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB