Fransada parlament seçkilərinin ikinci turu davam edir

Fransada parlament seçkilərinin ikinci turu davam edir
Fransada parlament seçkilərinin ikinci turu keçirilir. SİA xəbər verir ki, bu gün Fransada 48,7 milyon seçici birinci turda seçilmiş 1148 namizəd arasından növbəti 5 il üçün Milli Assambleyaya 577 deputat seçməlidir. Fransız seçicilər bu gün yerli vaxtla səhər saat 8:00-dan axşam 18:00-dək, böyük şəhərlərdə isə 20:00-dək istədikləri namizədə səs verəcəklər. Parlament seçkilərinin ikinci turunun ilkin nəticələri 20:00-da açıqlanacaq.

Birinci turun nəticələrinə görə, müxalifətin “NUOES” koalisiyası (25,78 faiz) və iqtidarın “Ensemble1” koalisiyası (25,75 faiz) arasında cüzi fərq var. İlk turda 52,9 faiz bitərəf qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə