ABŞ-da Bayden üçün kədərli bir sonluq “yazıblar”
“Bu "ölümcül" olacaq..?”

ABŞ-da benzinin rekord qiyməti yüksək inflyasiya ilə yanaşı, Konqresə aralıq seçkilər ərəfəsində prezident Cozef Bayden üçün “qatil” olacaq.

SİA “Ura.ru” saytına istinadən bildirir ki, bunu Texas ştatından olan konqresmen Lens Quden bəyan edib.

Konqresmen bir neçə aydan sonra keçiriləcək aralıq seçkilər ərəfəsində benzin qiymətlərinin Bayden “üçün dağıdıcı” olacağını istina etmir. Bundan əlavə, Quden prezident və Demokratlara Konqresi xilas etməyin elə də asan olmayacağını bildirib.

O, əmin olduğunu bildirib ki, Bayden administrasiyası “odun üstünə bahalı benzin tökməyi” dayandırmasa, ABŞ-da yüksək inflyasiya və rekord yanacaq qiymətləri ilə bağlı vəziyyət yaxın gələcəkdə dəyişməyəcək.

Hazırda Ağ Ev “bunun onların günahı olduğunu etiraf etməkdən imtina edir, Rusiyanı günahlandırırlar, neft və qaz şirkətlərini günahlandırırlar”-Bunu da Quden deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden dəfələrlə ölkədəki qiymət artımını Moskvanın hərəkətləri ilə əlaqələndirib. Ağ Ev rəhbəri Moskvanı ərzaq və benzinə “Putin vergisi” qoymaqda ittiham edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə